Əziz müsəlman! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz 24 saatdan cəmi 24 dəqiqə vaxt aparır.
Allah Qur'anda insanlara əmr edir:
"Namaz qılın..." (Qur'ani-kərim, əl-Bəqərə/110)
"... Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər!" (əl-Mu`minun /60)
Namaz insanı pis əməllərdən çəkindirir
"Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir." (əl-Ənkəbut/45)
Hər müsəlman gündə beş vaxt namaz qılmalıdır
Sübh (2 rükət) - "...sübh namazını da qıl!". (əl-İsra surəsi, 78)
Zöhr (4 rükət) - "Günortadan [gün batmağa meyl edəndən] ... namaz qıl!". (əl-İsra/78)
Əsr (4 rükət) - "...xüsusi iıə orta namaza riayət edin!". (əl-Bəqərə/238)
Məğrib (3 rükət) - "Günortadan [gün batmaga meyl edəndən] gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa] qıl!". (əl-İsra/78)
İ'şa (4 rükət) - "Gecənin qaranlğınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və isa namazları] qıl!". (əl-İsra/78)
Yuxarıdakılara əlavə dəlil: "[Ya Məhəmməd!] Namazı gündüzün iki başında [günortadan əvvəl və sonra: yə'ni səhər, günorta və günbatan çağı və ya günün iki başında: yəni səhər-axşam] və gecənin [gündüzə yaxın] bə'zi saatlarında [axşam və gecə vaxtı] qıl!". (Hud/114)
Qeyd edək ki, beş vaxt namazın adlarının tərcüməsi günün ayrı-ayrı vaxtlarının mənasını verir ki, bu da namazların 5 müxtəlif vaxtda təyin olunmasına dəlalət edir.
Unutmaq olmaz ki, hər namaz vaxtinda qılınmalıdır.
Allah Təalə Qur'ani-kərimdə buyurur:
"Həqiqətən namaz nöminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir". (ən-Nisa/103)
"Allah sizin bunu [gecə vaxtlarını və saatlarını] ölçüb saya bilməyəcəyinizi [yaxud, bütün gecəni oyaq qalıb, ibadət edə bilməyəcəyinizi] bildiyi üçün, bu barəda sizə rüsxət verdi [gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi, onun yerinə gundə 5 vaxt namaz qılmağı buyurdu]". (əl-Müzəmmil/20)
Hər bir müsəlmana Cümə namazına getmək vacibdir
(qadınlar və uşaqlar müstəsnadır)
"Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman, Allahı zikr etməyə tələsin və alış-verişinizi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyrlidir!". (əl-Çümüə/9)
----------------------------------------------------------------------------------------
Qeyd: Sübh namazı 2 rükət, Zöhr 4, Əsr 4, Məğrib 3, İşa namazı isə 4 rükətdir.
Namaza başlamazdan öncə dəstəmaz almaq lazımdır. Sonra namaz qılınacaq yerdə qibləni təyin etmək, daha sonra üzünü qibləyə tutub qılınacaq namaza niyyət etmək (dil ilə deyilmədən qəlbdə niyyət edilir) və təkbir (əllər qulaqların dibinə qədər qaldırılır. Bu halda ovucların ici qiblə istiqamətinə baxmalıdır) gətirərək namaza başlamaq lazımdır. Namaz vaxtı isə yalnız səcdəyə gedəcək nöqtəyə baxmaq lazımdır.
Təşəhhüd yalnız hər namazın 2-ci və sonuncu rükətlərindən sonra oxunur.
Bir cox müsəlmanlar namaza yeni başlayanda rükətin nə demək olduğunu tam dərk etmədikləri üçün namazlarında səhvlərə yol verirlər. Qeyd edək ki, rükət sözü məlum olduğu kimi rüku sözündən ğötürülb. Bir coxlarını rükətin harada başlayıb harada başa çatması maraqlandırır. İnsan təkbir gətirib namaza başladıqdan sonra Fatihə surəsini daha sonra bildiyi hər hansı bir surəni oxuyub rükuya gedir, rükudan qalxdıqdan sonra isə səcdəyə qedir (səcdə bütün namazlarda hər rükətdə 2 dəfə olunur). Səcdədəni bitirib ayağa qalxanda artıq bir rükət tamamlanmış olur.
Allah namaz qılmaq niyyətində olan hər kəsin köməyi olsun və bizi doğru yola yönəltsin! Amin!