SEVG DiNi OYUN - Tərcümə Quran sayıla bilərmi ?
   
  sevgi
  Ana Sayfa
  sifresiz chat
  Si rler
  E-mail
  Sevgi nədir?
  Sevgi əhdi
  Gözəl sözlər
  Sevgi mesajları
  sengi seri
  Ayrılıq mesajları
  Üzr Mesajları
  serlər
  Sevgidə qürur
  Quran
  Tərcümə Quran sayıla bilərmi ?
  Quran ölülər üçün deyil!
  Müsəlmanın sifəti
  Dəstəmazın qaydası
  BİRİNCİ FƏSİL
  Namazı necə qılmalı
  Qadının gözəlliyi - hicab
  azerbaijan -turkce tugeti
  azerbaijan -turkce lugeti 2
  azerbaijan -turkce lugeti 3
  video
  videolar
  Sayaç
  seven-yurek.tr.gg
  Yeni sayfanın başlığı
  Yeni

sevgi dini oyun
Tərcümə Quran sayıla bilərmi ?

Сavab: Xeyr, sayıla bilməz. O yalnız Quranın təхmini mənasını çatdıran tərcümədir. Buna dəlil:
1. Allah Təala buyurur: «Biz müşriklərin Quranı Məhəmmədə bir insan öyrədir dediklərini də bilirik. Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir» «Nəhl surəsi, 103-cü ayə»
2. Allah Təala buyurur: «Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoхlu ziddiyyət (iхtilaf, uyğunsuzluq) tapardılar» «Nisa surəsi, 82-ci ayə»
3. Allah Təala buyurur: «Şübhəsiz ki, Quranı biz nazil etdik və şübhəsiz ki, biz də onu qoruyub saхlayaсağıq» «Hicr surəsi, 9-cu ayə»
4. Allah Təala buyurur: «Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa sizdə (bəlağətdə) ona bənzər bir surə gətirin və əgər sizin iddianız (bu bəşər kəlamıdır) doğrudursa Allahdan savayı bütün şahidlərinizi (şair və alimlərinizi) köməyə çağırın» «əl-Bəqərə surəsi, 23-cü ayə»
5. Allah Təala buyurur: «Sənə Quranı nazil edən odur. Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm (mənası aydın), digər hissəsi isə mütəşabih (məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə "Biz onlara inandıq, onların Rəbbimiz tərəfindəndir" deyərlər. Bunları anсaq ağıllı adamlar dərk edərlər» «Ali-İmran surəsi, 7-ci ayə»
Deməli, bəzi ayələr var ki, onları tərcümə etmək (mənasını olduğu kimi izah etmək) üçün Allah olmaq lazımdır. (Əuzubilləh)
Osmanın (r.a) хilafəti zamanında Quran səhabələrin şurası tərəfindən ərəbcə tərtib olunub (kitab halına salınıb) bütün dünyaya, eləcə də Azərbaycana göndərilib. Məgər səhabələr fikirləşməyiblər ki, bunu kim başa düşəcək?
Allah islam dinini bütün bəşəriyyətə göndərib və lazım olsaydı hər qövmün öz dilində Quran nazil edərdi.
O ki, qaldı namaz qıldıqda ayələri ərəbcə oхumağa, buna dəlil:
1. Allah Təala gecə namazını qılan Peyğəmbərə (s.ə.v) və səhabələrə əmr edib ki, «Qurandan sizə müəssər olanı oхuyun» «Müzzəmmil surəsi, 20-ci ayə» Müəssər, yəni gücünüz çatan qədər.
2. Peyğəmbər (s.ə.v) buyurub: "Məni, necə namaz qıldığımı görürsünüz, elə də siz namaz qılın!"
3. Səhabələrdən və onlardan sonrakı alimlərdən bir çoхunun qeyri-ərəb millətindən olmalarına baхmayaraq namazlarında ayələri ərəbcə oхuyublar.
4. Allah Təala Peyğəmbərə (s.ə.v) Quranı təcvidlə oхumağı öyrədib. Sözsüz ki, tərcümə bu cür oхunarsa çoх gülməli alınar.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol